Fransanın bir çox şəhərlərində təhsil işçilərinin kütləvi etiraz aksiyaları keçirilib

Fransanın bir çox şəhərlərində təhsil işçilərinin kütləvi etiraz aksiyaları keçirilib
# 27 yanvar 2021 03:18 (UTC +04:00)

Fransada təhsil sistemində çalışan işçilərin 11 faizi Milli həmkarlar ittifaqının çağırışı ilə kütləvi etiraz aksiyası keçiriblər.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb.

Etirazçılar pandemiya dövründə iş şəraitlərinin yaxşılaşdırılması və maaşların artırılmasını tələb ediblər.

Milli həmkarlar ittifaqı etirazçıların sayının daha çox olduğunu – ölkə üzrə təhsil işçilərinin 40 faizə qədərinin aksiyada iştirak etdiyini açıqlayıb.

Nümayişlər, eyni zamanda Fransanın digər böyük şəhərlərində - Paris, Marsel, Bordo, Tuluza, Qrenobl və s. keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR