Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib - YENİLƏNİB

Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib - YENİLƏNİB
  • Clock-gray 11:37
  • calendar-gray 27 Yanvar 2021

Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib. 

APA-nın məlumatına görə, onun cənazəsini gətirən Türk Hava Yollarına məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. 

***

saat 09:17

Yanvarın 23-də Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin “Haber/Global” televiziyası məlumat yayıb.

F. İsmayılovun cənazəsi Türk Hava Yollarının (THY) İstanbul-Bakı uçuş reysi ilə aparılıb. 

F. İsmayılovun cənazəsi Türkiyə Respublikasının Qabondakı səfirliyinin dəstəyi ilə dünən THY-nin İstanbul-Libervil uçuş reysilə göndərilib. Təyyarə İstanbula yanvarın 26-dan 27-nə keçən gecə saat 03.30-da çatıb.

Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.

Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər