G20 ölkələrində ixracın azalması davam edir

G20 ölkələrində ixracın azalması davam edir
# 29 noyabr 2019 14:43 (UTC +04:00)

İdxalı məhdudlaşdıran rüsumların təsiri və qlobal tələbin zəifləməsi nəticəsində G20 ölkələrinin 2019-cu ilin III rübündə ümumi ixracı əvvəlki rüblə müqayisədə 0,7% azalıb.

Bu barədə "APA-Economics" İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) yeni hesabatına istinadən xəbər verir.

Bu müddət ərzində G20-nin idxalı 0,9% azalıb və buna səbəb kimi OECD neftin 20% ucuzlaşması və bir çox valyutanın ABŞ dollarına nisbətdə zəifləməsini göstərir.

Qeyd olunur ki, cari ilin II rübdə ixrac və idxalın azalması daha ciddi olub – müvafiq olaraq 1,9% və 0,8%. Sonuncu dəfə müsbət artım templəri 2018-ci ilin III rübündə qeydə alınıb.

Hesabatda deyilir ki, ticari göstəricilər üzrə ən böyük azalma Avropa İttifaqı ölkələrində qeydə alınıb. Burada azalma ixracatda 1,8%, idxalda isə 0,4% olub. Xüsusilə, Fransanın ixracı 3,6%, idxalı isə 1,7%, Almaniyanın isə müvafiq olaraq 0,4% və 1,8% azalıb.

İtaliyanın ticarət dövriyyəsinin azalması ardıcıl olaraq altı rüb davam edir. Böyük Britaniyada isə funt sterlinqin zəifləməsi ixraca müsbət təsir edə bilməyib və nəticədə ölkənin ixrac 3,3%, idxal isə 1,6% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR