GUAM PA-nın sessiyasında işğal edilmiş ərazilərindəki vəziyyət müzakirə edilib

GUAM PA-nın sessiyasında işğal edilmiş ərazilərindəki vəziyyət müzakirə edilib
# 27 noyabr 2019 14:55 (UTC +04:00)

Noyabrın 26-27-də Kiyevdə GUAM Parlament Assambleyasının 12-ci sessiyası keçirilib.

APA-nın Gürcüstan bürosu parlamentin mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiya çərçivəsində mühüm regional problemlər və çağırışlar müzakirə edilib.

Komitə iclaslarında GUAM Parlament Assambleyasının Baltikyanı, Skandinaviya ölkələri, Visegrad və Benilüks ölkələri ilə əməkdaşlığının gücləndirilməsinin vacibliyi vurğulanıb. Komitə iclaslarında Ukraynanın dəvəti ilə İngiltərə, ABŞ-dan olan mütəxəssislər də iştirak ediblər.

Məlumatda bildirilib ki, tematik panellərdə işğal olunmuş ərazilərdəki vəziyyət, ərazi bütövlüyü və regional məsələlər müzakirə edilib. Görüşdə, eyni zamanda, bölgədə ticari-iqtisadi əməkdaşlığın perspektivlərinə diqqət ayrılıb.

Gürcüstan Parlamentinin üzvü Gia Benaşvili bölgədə kiber təhlükəsizlik məsələsi və bu istiqamətdəki qlobal problemlər barədə danışıb.

GUAM Parlament Assambleyasının sessiyasının sonunda təşkilatla Baltik Assambleyası arasında 2020-2023-cü illərdə əməkdaşlığın birgə prioritetləri barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR