GUAM-ın Katibliyi Gürcüstana edilən kiberhücuma görə Rusiyanı qınayıb

GUAM-ın Katibliyi Gürcüstana edilən kiberhücuma görə Rusiyanı qınayıb
  • Clock-gray 11:10
  • calendar-gray 21 Fevral 2020

GUAM-ın Katibliyi Gürcüstana edilən kiberhücuma görə Rusiyanı qınayıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə təşkilatın “Twitter” hesabında bəyanat yayılıb.

Bildirilib ki, bu hücum üzv ölkələr arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini bir daha göstərir.

“GUAM-ın Katibliyi Gürcüstanın informasiya infrastrukturunun dağıdılmasına yönəlmiş kiberhücumu qınayır. Bu məsələ GUAM-a üzv ölkələr arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini bir daha göstərir”, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, 2019-cu ilin 28 oktyabrında Gürcüstanda Prezident Administrasiyası, məhkəmə sistemi, müxtəlif bələdiyyələr, hökumət və ticarət qurumları, habelə kütləvi informasiya vasitələrinin saytları irimiqyaslı kiberhücumlara məruz qalıb.  Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) ötən il ölkədə fəaliyyət göstərən saytlara qarşı edilən irimiqyaslı kiberhücumlara görə Rusiyanı ittiham edib.

Səid Babazadə

Digər xəbərlər