Giorgi Qaxaria hökumətin yeni tərkibini parlamentə təqdim edib

Giorgi Qaxaria hökumətin yeni tərkibini parlamentə təqdim edib
# 18 dekabr 2020 17:27 (UTC +04:00)

Gürcüstanın Baş naziri Giorgi Qaxaria hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi yeni hökumətin tərkibini parlamentə təqdim edib.

APA-nın yerli bürosunun xəbərinə görə, parlamentdə etimad səsverməsinə çıxarılacaq yeni hökumət 10 nazirlik və bir dövlət naziri aparatından ibarət olacaq.

Əvvəlki hökumətdən fərqli olaraq yeni hökumətdə bir yeni nazir təmsil olunacaq. Bu, ədliyyə naziri Qoça Lordkipanidzedir.

Digər nazirlər isə yeni hökumətdə öz vəzifələrini qalacaqlar. Bunlara xarici işlər naziri David Zalkaliani, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili, daxili işlər naziri Vaxtanq Qomelauri, müdafiə naziri İrakli Qaribaşvili, qaçqınlarla iş, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili, iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, maliyyə naziri İvane Maçavariani, təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Çxenkeli, barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani daxildir.

Qeyd edək ki, yerli qanunverciliyinə əsasən, hökumətin formalaşdırılması üçün minimum 76 deputatın dəstəyi lazımdır. Hazırda hakim “Gürcü Arzusu” 150 parlament yerindən 90 yerə sahibdir. Parlamentdə etimad səsverməsinin gələn həftə baş tutması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR