Giorgi Qaxarianın Gürcüstan baş naziri postuna namizədliyi irəli sürülüb

Giorgi Qaxarianın Gürcüstan baş naziri postuna namizədliyi irəli sürülüb
# 14 dekabr 2020 13:13 (UTC +04:00)

Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası baş nazir postuna Giorgi Qaxarianın namizədliyini irəli sürüb.

APA-nın yerli bürosu xəbər verir ki, müvafiq qərar partiyanın sədri Bidzina ivanişvilinin imzaladığı sənəddə əksini tapıb.

Qeyd edək ki, dekabrın 11-də Baş nazir G. Qaxaria hökumətin istefası ilə əlaqədar parlamentə müraciət edib və parlament Baş nazirin müraciətini nəzərə alıb.

Gürcüstan qanunvericiliyinə əsasən, hökumət yeni seçilmiş parlamentin səlahiyyətlərinin təsdiqlənməsindən sonra istefa verməlidir. Bundan sonrakı iki həftə ərzində isə parlament seçkilərində qalib gələn partiyanın təqdim etdiyi hökumətin tərkibinə etimad səsverməsi keçirilməlidir. Təkbaşına hökumət formalaşdırmaq istəyən partiya parlamentin minimum 76 deputatının dəstəyini qazanmalıdır. Bununla belə, parlament növbəti hökuməti təsdiqləyənədək istefa vermiş hökumət fəaliyyətini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR