Gələn həftə İstanbulda Türkiyə, Almaniya və Fransa liderlərinin görüşü keçirilə bilər

 Gələn həftə İstanbulda Türkiyə, Almaniya və Fransa liderlərinin görüşü keçirilə bilər
# 10 mart 2020 15:53 (UTC +04:00)

Gələn həftənin əvvəli İstanbulda Türkiyə, Almaniya və Fransa liderlərinin zirvə toplantısının keçirilməsi gözlənilir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Brüsseldən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Türkiyə Prezidenti deyib ki, Böyük Britaniyanın Baş Naziri Boris Conson da zirvə toplantısına qatıla bilər.

Ərdoğan Brüsseldə İdlibdəki vəziyyət, qaçqınlar məsələsi ilə yanaşı, Türkiyənin təhlükəsizliyinin də müzakirə olunduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR