Güclü qar Madrid hava limanında 300-dək aviareysin təxirə salınmasına səbəb olub

Güclü qar Madrid hava limanında 300-dək aviareysin təxirə salınmasına səbəb olub
# 09 yanvar 2021 16:30 (UTC +04:00)

Cümə günündən etibarən yağan güclü qar səbəbi ilə Madrid-Baraxas Beynəlxalq Hava Limanında (Madrid-Barajas International Airport) planlaşdırılmış təxminən 300 aviareys təxirə salınıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, təhlükəsizlik səbəbi ilə hava limanının işi dayandırılıb.

Güclü qar səbəbi ilə hava limanının işinin iflic hala düşdüyü bildirilib.

Paytaxtda dəmiryolu nəqliyyatının işində də fasilələr yaranıb, metronun fəaliyyətində axsamalar meydana gəlib. Onlarla sürücünün Madriddə qarla örtülü yollarda gecələmək məcburiyyətində qaldığı bildirilir.

Xilasetmə işlərinə hərbçilər cəlb edilib. Madriddə qarın hündürlüyünün artıq 20-30 sm-ə çatdığı bildirilir və qarın gün ərzində də yağması gözlənilir. Çətin hava şəraiti İspaniyanın digər bölgələrində də müşahidə edilir. Yağıntı səbəbi ilə bəzi bölgələrdə dərslər dayandırılıb.

Yanvarın 11-dən ölkədə havanın temperaturunun kəskin düşəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR