Gürcüstan 5 ölkə ilə sərhədlərini açır

Gürcüstan 5 ölkə ilə sərhədlərini açır
# 08 iyul 2020 11:15 (UTC +04:00)

Avropa İttifaqına üzv 5 ölkə Gürcüstanla sərhədlərini açır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin müşaviri İrakli Çikovani bildirib. O deyib ki, bu ölkələr Almaniya, Fransa, Latviya, Litva və Estoniyadır.

Baş nazirin müavini qeyd edib ki, sərhədlərini açacaq ölkələrlə danışıqlar artıq yekunlaşmaq üzrədir: “Gürcüstan iqtisadi fəallığı təşviq etmək məqsədi ilə bütün ölkələrdən işgüzar səfərlərin əvvəlcədən razılaşdırılmış qaydalar əsasında həyata keçirilməsinə icazə verəcək. Gürcüstana işgüzar səfərə gələn qonaqlar öz hesablarına hər 72 saatdan bir PZR testindən keçməli və ya məcburi 14 günlük karantində qalmalı olacaqlar. Bu qayda Gürcüstanla sərhədini açan 5 Avropa İttifaqı ölkəsinin vətəndaşlarına şamil edilməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR