Gürcüstan Anaklia limanının inşası üçün yeni investor axtarışındadır

Gürcüstan Anaklia limanının inşası üçün yeni investor axtarışındadır
# 09 yanvar 2020 12:35 (UTC +04:00)

"Gürcüstan hökuməti Anaklia dərin dəniz limanının inşası üçün yeni bir investor axtarır".

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili keçirdiyi mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, liman Gürcüstan üçün strateji əhəmiyyət daşıyır və tamamlanması ölkənin iqtisadi potensialının tam reallaşdırılmasına imkan verəcək.

"Dəfələrlə bildirilib ki, Anaklianın dərin dəniz limanına ölkəmizin iqtisadi təhlükəsizliyi və maddi-texniki potensialın tam reallaşdırılması baxımından ehtiyac var. Layihə dövlətə məxsusdur, heç bir özəl investora məxsus deyil. Dövlət bu layihənin icrasına birbaşa təşəbbüs göstərdi, bu layihənin 2014-cü ilin əvvəlində həyata keçirilməsində maraqlı olduğunu bildirən dövlət idi. İnvestisiya müqaviləsində 2020-ci ilin sonuna qədər limanın fəaliyyətə başlayacağı qeyd edilmişdi, amma biz bu nəticəni əldə edə bilmədik. Bu, investorla müqavilənin dayandırılması və daha ciddi, maliyyə cəhətdən daha güclü və bizə lazım olan nəticəni təmin edəcək bir investorun tapılması üçün bir səbəbdir. Gürcüstanın bu limana ehtiyacı var, ona görə də yeni bir tərəfdaş axtarmağa başlayacağıq ki, bu layihə tez bir zamanda həyata keçirilsin", - deyə M. Tskitişvili bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR