Gürcüstan Baş Naziri GUAM sammitində iştirak üçün Ukraynaya gedib

Gürcüstan Baş Naziri GUAM sammitində iştirak üçün Ukraynaya gedib
# 12 dekabr 2019 10:07 (UTC +04:00)

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria GUAM sammitində iştirak etmək məqsədi ilə Ukraynaya yola düşüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Baş Nazirin mətbuat xidmətindən bildirilib. Məlumata əsasən, Kiyevdə keçiriləcək sammitdə GUAM-a üzv hökumət başçılarının plenar iclasından sonra birgə bəyanat, həmçinin bir sıra sənədlərin imzalanması planlaşdırılır.

İki günlük səfər çərçivəsində G. Qaxaria ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş də planlaşdırılıb.

Rəsmi səfəri zamanı Giorgi Qaxarianı Gürcüstan xarici işlər naziri David Zalkaliani və baş nazirin beynəlxalq məsələlər üzrə müşaviri İrakli Çikovani müşayiət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR