Gürcüstan Çin vaksinlərinin ölkəyə gətirilməsi ilə bağlı danışıqları yekunlaşdırıb

Gürcüstan Çin vaksinlərinin ölkəyə gətirilməsi ilə bağlı danışıqları yekunlaşdırıb
# 18 mart 2021 16:13 (UTC +04:00)

Gürcüstan yeni növ koronavirus (COVID-19) əleyhinə Çinin “Sinopharm” vaksininin ölkəyə çatdırılması ilə bağlı aparılan danışıqları başa çatdırıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, hökumət müxtəlif vaksinlərin ölkəyə gətirilməsini planlaşdırır.

A. Qamkrelidze qeyd edib ki, artıq Hindistan, həmçinin Çinin “Sinopharm” şirkəti ilə müəyyən dozada vaksinlərin ölkəyə gətirilməsi ilə bağlı danışıqlar başa çatdırılıb: “Çin əhalisi bu vaksinlə peyvəndlənib. Bildiyiniz kimi, “Sinopharm” və “Sinovac” ÜST tərəfindən təsdiqlənəcək. “Sinopharm” bəzi Avropa ölkələri tərəfindən də təsdiqlənib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR