Gürcüstan Çindən sürətli koronavirus testlərinin idxalı ilə bağlı müqaviləni ləğv edib

Gürcüstan Çindən sürətli koronavirus testlərinin idxalı ilə bağlı müqaviləni ləğv edib
# 27 mart 2020 15:24 (UTC +04:00)

Gürcüstan sürətli koronavirus testlərinin idxalı ilə bağlı Çin şirkəti ilə imzaladığı müqaviləyə xitam verib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə nazirliyi məlumat yayıb. Bildirilib ki, müqavilənin ləğvinin səbəbi istifadə edilən testlərdə qüsur aşkarlanmasıdır.

Nazirliyin məlumatında qeyd olunub ki, daha əvvəl Çin tərəfindən Gürcüstana hədiyyə edilən 1000 ədəd “BioEasy” testlərində çatışmazlıqlar aşkarlandığından bir sıra Avropa ölkəsi, eləcə də Gürcüstan imzalanmış müqaviləni ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR