Gürcüstan Fransadan aldığı hava hücumundan müdafiə sistemini quraşdırıb

Gürcüstan Fransadan aldığı hava hücumundan müdafiə sistemini quraşdırıb
# 12 iyun 2020 19:10 (UTC +04:00)

Gürcüstan Fransadan aldığı hava hücumundan müdafiə sisteminin quraşdırılmasını başa çatdırıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili parlamentin "nazir saatı" formatında çıxışı zamanı məlumat verib.

O bildirib ki, Gürcüstan 2015-ci ildə Fransadan aldığı hava hücumundan müdafiə sistemlərini və onların yardımçı obyektlərinin inşasını tamamlayıb.

İ. Qaribaşvili qeyd edib ki, layihənin gedişatı üzrə müşahidə və nəzarət sistemi də yaradılır və bu sahədə işlər 2021-ci ilə qədər başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR