Gürcüstan Prezidenti NATO Baş katibi ilə görüşüb

Gürcüstan Prezidenti NATO Baş katibi ilə görüşüb
# 22 yanvar 2021 17:03 (UTC +04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvili NATO Baş katibi Yens Stoltenberq ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə NATO Baş katibi “Twitter”də bildirib.

“Vacib tərəfdaş olan Gürcüstanın Prezidenti Salome Zurabişvili ilə görüşmək xoşdur. Mən əməkdaşlığımızın daha da dərinləşəcəyini səbirsizliklə gözləyirəm. NATO Gürcüstandakı islahatları, bu ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”, - deyə Yens Stoltenberq qeyd edib.

Qeyd edək ki, görüş Gürcüstan Prezidentinin Brüsselə səfəri çərçivəsində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR