Gürcüstan Prezidenti Şarl Mişellə görüşüb

Gürcüstan Prezidenti Şarl Mişellə görüşüb
  • Clock-gray 09:21
  • calendar-gray 01 Mart 2021

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə rəsmi səfərdə olan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb.

APA-nın yerli bürosu xəbər verir ki, görüş bir neçə dəqiqə öncə Tbilisidə Orbeliani sarayında  başlayıb.

Görüşdən sonra media üçün ortaq açıqlama verilməsi planlaşdırılır.

Qeyd edək ki, Ş. Mişelin Salome Zurabişvili ilə görüşdən sonra təmas xəttini ziyarət etməsi və vəziyyətlə yerində tanış olması planlaşdırılıb.

Bundan başqa, o, Aİ nümayəndəliyinin Tbilisidə yeni ofisinin açılışında iştirak edəcək, həmçinin müxalifət partiyalarının liderləri ilə görüşəcək.

Ş. Mişel Martın 2-də Tbilisidən Ukraynaya yola düşəcək.

Səid Babazadə

Digər xəbərlər