Gürcüstan XİN: "Azərbaycan ərazisində gürcü tarixinə aid məzarın tapılmasına dair xəbərlər təsdiqini tapmayıb"

Gürcüstan XİN: "Azərbaycan ərazisində gürcü tarixinə aid məzarın tapılmasına dair xəbərlər təsdiqini tapmayıb"
# 09 mart 2021 16:17 (UTC +04:00)

“Azərbaycan ərazisində gürcü tarixinə aid məzarın tapılmasına dair yayılan xəbərlər doğru deyil”.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

Qeyd olunub ki, məsələ ilə əlaqədar diaspora ilə, eləcə də Azərbaycan tərəfi ilə əlaqə saxlanılıb və mənbələrdən heç biri faktı təsdiqləməyib.

Qeyd edək ki, bu gün Gürcüstan mətbuatında Azərbaycanın Qax-Zaqatala bölgəsində gürcü çariçası Tamaraya aid qızıl-zinət əşyalarının olduğu məzarın tapılmasına dair xəbərlər yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR