Gürcüstan bu həftə COVID-19 əleyhinə Çin vaksini əldə edəcək

Gürcüstan bu həftə COVID-19 əleyhinə Çin vaksini əldə edəcək
# 30 mart 2021 12:18 (UTC +04:00)

Gürcüstan bu həftənin sonunadək yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə Çin istehsalı 100 min doza “Sinopharm” peyvəndini əldə edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze bildirib.

Nazir qeyd edib ki, ölkədə növbəti həftədən Çin vaksininin tətbiqinə başlanıla bilər.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirus əleyhinə vaksinasiyaya martın 15-də başlanılıb. Bu mərhələdə yalnız səhiyyə işçilərinin və yaşı 65-dən çox olan vətəndaşların vaksinasiyası həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR