Gürcüstan hökumətinin səlahiyyətləri genişləndirliib

Gürcüstan hökumətinin səlahiyyətləri genişləndirliib
# 14 iyul 2020 17:12 (UTC +04:00)

Gürcüstan parlamenti hökumətə fövqəladə vəziyyət elan etmədən bir sıra məhdudiyyətlər tətbiq etməyə icazə verən qanun layihəsini birinci oxunuşda qəbul edib.

APA-nın yerli bürosu xəbər verir ki, parlamentin bugünkü xüsusi iclasında "İctimai sağlamlıq haqqında" qanununa dəyişikliklər səsə qoyulub. Səsvermə zamanı deputatlardan 79-u lehinə, 1-i isə əleyhinə səs verib.

Dəyişikliyə əsasən 1 yanvar 2021-ci il tarixədək Gürcüstan hökuməti fövqəladə vəziyyət elan etmədən ölkədə karantin tədbirlərinin tətbiqi barədə qərar qəbul edə biləcək.

Qeyd edək ki, səsverməni müxalif “Vahid Milli Hərəkat” partiyası boykot edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR