Gürcüstan müntəzəm aviareysləri bərpa edir

Gürcüstan müntəzəm aviareysləri bərpa edir
# 22 yanvar 2021 14:02 (UTC +04:00)

Gürcüstan fevralın 1-dən müntəzəm aviareysləri bərpa edəcək.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Qurumlararası Koordinasiya Şurasının iclasından sonra keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, uçuşlar bütün tibbi protokollar və təhlükəsizlik qaydalarına riayət edilməklə baş tutacaq.

Nazir qeyd edib ki, aviareyslərin bərpası ölkənin turizm imkanlarından istifadə edilməsi baxımından böyük önəm daşıyır.

N. Turnava bundan başqa, hökumətin müxtəlif ölkələrdən olan ziyarətçilərin Gürcüstana daxil olma rejiminin sadələşdirilməsi barədə düşündüyünü də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR