Gürcüstan müntəzəm uçuşlara qoyulan məhdudiyyətin vaxtını iyulun 31-dək uzadıb. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, COVİD-19 pandemiyası səbəbi ilə müntəzəm uçuşlara qoyulan məhdudiyyət iyulun 31-dək davam etdiriləcək, uçuşların bərpa edilməsi qərarı dünyada epidemioloji vəziyyət nəzərə alınaraq qəbul ediləcək.
"Vətəndaşları müntəzəm hava nəqliyyatı bərpa olunana qədər hər hansı istiqamətdə bilet almaqdan çəkinməyə çağırırıq”, - deyə bəyanatda bildirilib.
***
12.35
Gürcüstan müntəzəm uçuşların bərpa edilməsini iyulun sonunadək təxirə salacaq.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə ölkənin İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava məlumat verib.
O qeyd edib ki, müvafiq qərar dünyada epidemioloji vəziyyətdən asılı olaraq qəbul ediləcək.
Xatırladaq ki, Gürcüstan iyulun 1-də xarici turizmi bərpa etməyi planlaşdırır.