Gürcüstan müxalifəti etiraz aksiyası keçirib - YENİLƏNİB

Gürcüstan müxalifəti etiraz aksiyası keçirib - YENİLƏNİB
  • Clock-gray 18:31
  • calendar-gray 23 Fevral 2021

Tbilisidə parlament binası qarşısında müxalifətin keçirdiyi genişmiqyaslı etiraz aksiyası dinc şəkildə başa çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, aksiyada çıxış edən müxalifət liderləri hakimiyyəti “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Melianı həbsdən azad etməyə və erkən parlament seçkiləri keçirməyə çağırıblar.

Aksiyanın başa çatmasından sonra Ş. Rustaveli prospektində avtomobillərin hərəkəti bərpa edilib.

Parlament binası qarşısında çadır quran bir qrup etirazçı aksiyanı gecə boyunca davam etdirəcəklərini bildiriblər.

***

saat 16:39

Gürcüstan müxalifəti parlament binası qarşısında genişmiqyaslı etiraz aksiyası keçirir. 

APA-nın yerli bürosunun xəbərinə görə, müxalif partiyaların çağırışı ilə parlament binası qarşısına toplaşan etirazçılar müxalif “Vahid Milli Hərəkat” partiyasının lideri Nika Melianın azadlığa buraxılmasını və ölkədə erkən parlament seçkilərinin keçirilməsini tələb edirlər. 

Aksiya səbəbi ilə Şota Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. 

Əraziyə çox sayda hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Səid Babazadə

Digər xəbərlər