Gürcüstan müxalifəti parlament binasının qarşısında aksiya keçirir

Gürcüstan müxalifəti parlament binasının qarşısında aksiya keçirir
# 08 noyabr 2020 15:52 (UTC +04:00)

Gürcüstanda müxalif partiyalar paytaxt Tbilisidə parlament binası qarşısında genişmiqyaslı etiraz aksiyası keçirir.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, etirazçılar Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvanianın istefasını, həmçinin təkrar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Mitinqin keçirildiyi əraziyə çox sayda hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Qeyd edək ki, oktyabrın 31-də Gürcüstanda keçirilən 10-cu çağırış parlament seçkilərinin birinci raundunda hakim “Gürcü Arzusu partiyası qalib gəlib və hökuməti formalaşdırmaq üçün minimum 76 parlament yerindən 75-ni qazanıb. Müxalif partiyalar seçkilərin nəticələrini tanımadıqlarını, parlament yerlərindən, eləcə də seçkilərin ikinci raundunda iştirak etməkdən imtina etdiklərini açıqlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR