Gürcüstan müxalifəti parlamentin iclaslarını boykot edib

Gürcüstan müxalifəti parlamentin iclaslarını boykot edib
# 25 noyabr 2019 16:39 (UTC +04:00)

Gürcüstan parlamentinin müxalifət partiyalardan olan deputatları, eləcə də müstəqil millət vəkilləri parlamentin 26-29 noyabr tarixlərinə planlaşdırılan plenar iclasları boykot edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze məlumat verib.

O qeyd edib ki, "Avropalı Gürcüstan", "Vahid Milli Hərəkat", "Vətənpərvərlər Alyansı"ndan olan deputatlar, habelə müstəqil millət vəkilləri Eka Beselia və Nato Çxelidze parlamentə müraciət edərək iclaslarda iştirak etməyəcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR