Gürcüstan parlamenti 51 müxalif deputatın mandatının dayandırılmasını dəstəkləməyib

Gürcüstan parlamenti 51 müxalif deputatın mandatının dayandırılmasını dəstəkləməyib
  • Clock-gray 15:03
  • calendar-gray 02 Fevral 2021

Gürcüstan parlamenti 51 müxalif deputatın mandatının dayandırılmasını dəstəkləməyib.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan parlamentinin yaz sessiyasının bu gün keçirilən ilk iclasında 90 deputat iştirak edib.

Müxalif partiyalardan olan deputatların mandatlarının dayandırılması məsələsi müzakirəyə çıxarıldıqdan sonra səsverməyə qoyulub.

Hakim “Gürcü arzusu” partiyasından olan deputatlar müxalif deputatların mandatlarının dayandırılmasını dəstəkləməyib.

Qeyd edək ki, Gürcüstanın müxalif partiyalarından olan 54 deputat 2020-ci ilin oktyabrında keçirilən parlament seçkilərinin nəticələrini tanımadıqlarını elan edərək mandatlarından imtina edib və parlamenti boykot edib. Daha əvvəl 3 deputatın mandatı ləğv edilib və onlar proporsional qaydada başqa deputatlarla əvəz ediliblər.

Səid Babazadə

Digər xəbərlər