Gürcüstan parlamenti Donbassdakı vəziyyətlə bağlı Ukraynaya dəstək bəyanatı qəbul edib

Gürcüstan parlamenti Donbassdakı vəziyyətlə bağlı Ukraynaya dəstək bəyanatı qəbul edib
# 08 aprel 2021 18:04 (UTC +04:00)

Bu gün Gürcüstan parlamentinin xarici əlaqələr komitəsi Donbassda eskalasiya vəziyyəti ilə bağlı olaraq Ukraynaya dəstək bəyanatı qəbul edib.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə xarici əlaqələr komitəsinin rəhbəri, deputat Nikoloz Samxaradze bildirib.

“Gürcüstanı və Ukraynanı xüsusi münasibətlər, dostluq və strateji tərəfdaşlıq bir-birinə bağlayır. Buna görə də biz Gürcüstanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstəyini bir daha təsdiqlədik”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, sənəddə o da vurğulanıb ki, Gürcüstan NATO və Ukrayna arasında əlaqələrin dərinləşməsini alqışlayır və sabitliyin zəmanətçisi kimi NATO-nun Qara dəniz regionunda daha fəal iştirakını dəstəkləyir.

Xatırladaq ki, son günlər Ukraynanın şərqində vəziyyət gərginləşib. Ukrayna Müdafiə Nazirliyi separatçıların atəşkəsi pozması nəticəsində iki ukraynalı hərbçinin həlak olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR