Gürcüstan parlamenti gələn həftə hökumətin yeni tərkibini təsdiqləyəcək

Gürcüstan parlamenti gələn həftə hökumətin yeni tərkibini təsdiqləyəcək
# 19 fevral 2021 14:24 (UTC +04:00)

Gürcüstan parlamenti gələn həftənin bazar ertəsi Baş nazir postuna namizədi və hökumətin yeni tərkibini təsdiqləyəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan parlamentinin Prosessual Məsələlər və Qaydalar Komitəsinin sədri İrakli Kadaqaşvili məlumat verib.

Onun sözlərinə görə, bu gün keçiriləcək büro iclasında hakim “Gürcü Arzusu” partiyasının müraciəti qeydə alınacaq.

Bazar ertəsi günü isə parlamentin fraksiya və müxalif qrupları ilə görüş keçiriləcək və daha sonra parlament Baş nazir vəzifəsinə namizədi və hökumət proqramını müzakirə edəcək.

Qeyd edək ki, yerli qanunvericiliyə görə parlamentin yeni Baş nazir vəzifəsinə irəli sürülən namizədə etimad göstərməsi üçün minimum 76 deputatın səsinə ehtiyac var. Hakim partiya parlamentdə 90 yerə sahibdir. “Gürcü Arzusu”nun təqdim etdiyi yeni Baş nazir postuna namizəd sabiq Baş nazir, ölkənin müdafiə naziri vəzifəsini icra edən İrakli Qaribaşvilidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR