Gürcüstan parlamenti yaxın günlərdə hökumətin yeni tərkibini təsdiqləyəcək.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze özünün “Twitter” hesabında bildirib.
O qeyd edib ki, hakim partiya vətəndaşların mənfəəti naminə hökumət siyasətinin davamlılığını təmin edəcək.
Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə əsasən hakim partiya hökumətin istefasından sonrakı 9 gün ərzində parlamentdən yeni Baş nazir namizədinə, 2 həftə ərzində isə hökumətin tərkibinə etimad səsi almalıdır.