Gürcüstan parlamentinin iclasında SSRİ-nin himni səsləndirilib

Gürcüstan parlamentinin iclasında SSRİ-nin himni səsləndirilib
  • Clock-gray 16:09
  • calendar-gray 18 Fevral 2020

Gürcüstan parlamentinin bu gün keçirilən iclasında meqafon vasitəsilə SSRİ-nin himni səsləndirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, SSRİ-nin himninin səsləndirilməsi müxalifət partiyalarının nümayəndələri tərəfindən parlamentin sədri Arçil Talakvadzenin illik hesabat üzrə məruzəsi zamanı təşkil olunub.

Parlamentin iclasında İrakli Şotadzenin Gürcüstanın Baş prokuroru vəzifəsinə seçilməsi məsələsinə baxılıb. Belə ki, parlamentdə təmsil olunan müxalifət partiyalarının nümayəndələri İ. Şotadzenin bu vəzifəyə seçilməsinin əleyhinə çıxış ediblər. Etirazlara baxmayaraq, parlament İ. Şotadzeni Baş prokuror vəzifəsinə təsdiq edib. 

Xatırladaq ki, İ. Şotadze daha əvvəl də ölkənin Baş prokuroru olub.  

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date