Gürcüstan parlamentinin sədri: “İclas zalında baş verənlər təxribat ola bilər”

Gürcüstan parlamentinin sədri: “İclas zalında baş verənlər təxribat ola bilər”
  • Clock-gray 15:34
  • calendar-gray 12 Dekabr 2019

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bu gün iclas zalında baş verən insidentin təxribat ola biləcəyini deyib. 

APA-nın yerli bürosu xəbər verir ki, spiker hadisə nəticəsində bir neçə nəfərin zəhərləndiyini və onların xəstəxanalara çatdırıldığını qeyd edib.

“İclas zalında baş verənlər çox güman ki, parlament üzvlərinə qarşı kimyəvi hücumdur. Təəssüf ki, iyun ayında parlamentə olmuş hücumdan sonra bu gün də belə bir mənzərə ilə qarşılaşdıq. Bəzi insanlar zəhərləniblər, onlar xəstəxanadadırlar. Artıq tədbirlər görülməyə başlanılıb və kim tərəfindən törədildiyi müəyyənləşdiriləcək”, - deyə A. Talakvadze bildirib.

 

Səid Babazadə

Digər xəbərlər