Gürcüstan şərab ixracını rekord həddə çatdırıb

Gürcüstan şərab ixracını rekord həddə çatdırıb
# 23 yanvar 2020 14:07 (UTC +04:00)

2019-cu ildə Gürcüstan 53 ölkəyə 94 mln. şüşə (0,75 l) şərab ixrac edib ki, bu da əvvəlki illə müqayisədə 9% çoxdur.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Şərab Agentliyinin hesabatında bildirilib.

Qeyd olunub ki, bu göstərici Gürcüstanın müstəqillik tarixində rekord həddir.

Hesabat dövründə şərab ixracının dəyəri isə əvvəlki illə müqayisədə 17% artaraq 240 mln. ABŞ dollarına çatıb.

Ötən il Gürcüstan Böyük Britaniyaya şərab ixracını 60% (168 307 şüşə), ABŞ-a 48%, (678 148 şüşə), Polşaya 17% (4 114 972 şüşə), Çinə isə 2% (7 089 259 şüşə) artırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR