Gürcüstana koronavirus əleyhinə vaksinin ilk partiyası çatdırılıb

Gürcüstana koronavirus əleyhinə vaksinin ilk partiyası çatdırılıb
# 13 mart 2021 09:21 (UTC +04:00)

Gürcüstana yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinin ilk partiyası çatdırılıb. APA-nın yerli bürosu xəbər verir ki, vaksinləri daşıyan təyyarə bu gün səhər saatlarında Tbilisi hava Limanına enib. Qonşu ölkə ilk olaraq 43 200 doza “AstraZeneca” vaksini əldə edib.

Qarşıdakı həftələrdə isə Gürcüstanın əlavə 129 600 doza “AstraZeneca” peyvəndi əldə etməsi planlaşdırılır.

Ölkədə vaksinasiyanın martın 15-də başlanması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR