Gürcüstanda 20 həkim koronavirusa yoluxub

Gürcüstanda 20 həkim koronavirusa yoluxub
# 23 aprel 2020 13:31 (UTC +04:00)

Gürcüstanda 20 həkim yeni növ koronavirusa yoluxub.

APA-nın yerli bürosunun xəbərinə görə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Yekaterine Tikaradze bu barədə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yoluxmuş şəxslər arasında Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları da var.

Y. Tikaradze bildirib ki, yoluxan şəxslərin sağlamlıq vəziyyətində ciddi problem yoxdur, onlar nəzarətdə saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR