Gürcüstanda 72 yaşlı azərbaycanlını qətlə yetirən şəxsə hökm oxunub

Gürcüstanda 72 yaşlı azərbaycanlını qətlə yetirən şəxsə hökm oxunub
# 14 aprel 2020 13:16 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Samcevrisi (Şəmşoy) kəndində 72 yaşlı azərbaycanlı Feyzi Əhmədovu qətlə yetirməkdə şübhəli bilinən şəxsə hökm oxunub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, Rustavi Şəhər Məhkəməsinin qərarı ilə həmkəndlisini qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən, 56 yaşlı Niyazi Budayev Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR