Gürcüstanda “AstraZeneca” vaksini vurulandan sonra halı pisləşən tibb bacısı ölüb

Gürcüstanda “AstraZeneca” vaksini vurulandan sonra halı pisləşən tibb bacısı ölüb
# 19 mart 2021 12:36 (UTC +04:00)

Gürcüstanda ötən gün yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı “AstraZeneca” vaksini vurulandan sonra anafilaktik şok keçirən 27 yaşlı tibb bacısı bu gün vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Tbilisidə yerləşən Birinci Universitet Klinikası məlumat yayıb.

Bildirilib ki, vaksin vurulduqdan sonra halı pisləşən tibb bacısı bu gün saat 12-də müayinə olunduğu Birinci Universitet Klinikasında keçinib.

Qeyd edək ki, hadisə ötən gün Gürcüstanın Axalsıx şəhərində qeydə alınıb. Vaksin vurulduqdan sonra vəziyyəti ağırlaşan tibb bacısı təcili Tbilisiyə çatdırılıb. Faktla əlaqədar Gürcüstan Ümumdünya Səhiyyə Təşkilatını və vaksini istehsal edən şirkəti məlumatlandırıb.

Gürcüstanda vaksinasiyaya martın 15-də start verilib. İlkin mərhələdə yalnız səhiyyə işçiləri vaksinasiya edilir. Birinci mərhələdə martın 13-də ölkəyə gətirilən “AstraZeneca” vaksinindən istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR