Gürcüstanda Avropa Şurası Nazirlər Komitəsinin iclası keçiriləcək

Gürcüstanda Avropa Şurası Nazirlər Komitəsinin iclası keçiriləcək
# 29 yanvar 2020 16:12 (UTC +04:00)

Bu ilin may ayında Gürcüstanda Avropa Şurası Nazirlər Komitəsinin iclası keçiriləcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təşkilatın yüksək səviyyəli tədbirlər üçün öz nizamnaməsi var və Gürcüstan sədr ölkə olaraq bütün məsələləri katiblik səviyyəsində koordinasiya edir.

Qeyd edək ki, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik ötən ilin noyabrın 27-dən etibarən 6 ay müddətinə (2020-ci il mayın 15-dək) Gürcüstana keçib. Sədrliyi dövründə Gürcüstanda Avropa Şurasının ümumilikdə 20-dək tədbirinin keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR