Gürcüstanda Avstraliya vətəndaşı 20 il müddətinə azadlıqdan məhrum edilib

Gürcüstanda Avstraliya vətəndaşı 20 il müddətinə azadlıqdan məhrum edilib
# 16 iyun 2020 11:06 (UTC +04:00)

Gürcüstanda uşaqları istismar edərək pornoqrafik məzmunlu fotolar hazırlayan Avstraliya vətəndaşı 20 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, qərar Tbilisi Şəhər Məhkəməsi tərəfindən qəbul edilib.

Avstraliya vətəndaşından başqa, cinayət əməlində iştirak etmiş iki Gürcüstan vətəndaşının hər biri 19 il müddətindən azadlıqdan məhrum ediliblər.

Pornoqrafik məzmunlu fotoların hazırlanmasında iştirak etməkdə ittiham edilən 11 Gürcüstan vətəndaşı ilə bağlı dinləmələrin isə davam etdirildiyi bildirilir. Onlardan 10 nəfərin uşaqların valideynləri olduğu açıqlanıb.

Qeyd edək ki, ötən il sentyabrın 19-da Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polis İdarəsinin əməkdaşları, Baş Prokurorluq, “Avropol”, ABŞ və Avstraliya hüquq-mühafizə orqanları ilə birgə həyata keçirdiyi əməliyyat nəticəsində yetkinlik yaşına çatmayan şəxslərin pornoqrafik materiallarının hazırlanması ilə məşğul olan 11 nəfərlik cinayətkar dəstənin üzvlərini saxlayıb. Cinayətkar dəstə üzvlərinin Tbilisidə kirayə mənzillərinə gizli kameralar yerləşdirərək azyaşlı qızların fotoşəkillərini çəkdiyi və bu şəkilləri xarici ölkələrdə satışa çıxardığı bildirilib. Cinayət fəaliyyətində qurban qismində 14 yaşdan aşağı qızların olduğu bildirilib. Cinayətkar qrupun təşkilatçıları foto çəkmək müqabilində yeniyetmələrin valideynlərinə 500 - 3000 lari ödəniş etdiyi məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR