Gürcüstanda Baş nazir postuna namizəd məlum olub

Gürcüstanda Baş nazir postuna namizəd məlum olub
# 18 fevral 2021 17:23 (UTC +04:00)

Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvilinin Baş nazir vəzifəsinə namizədliyi irəli sürülüb.

APA-nın yerli bürosunun xəbərinə görə, müvafiq qərar hakim “Gürcü Arzusu” partiyasının iclasından sonra qəbul edilib.

Qeyd edək ki, bu gün Gürcüstanın Baş naziri Giorgi Qaxaria istefa verib. O, istefasının səbəbini müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Melianın həbsi ilə əlaqələndirib.

Xatırladaq ki, İ. Qaribaşvili 20 noyabr 2013-cü ildən 23 dekabr 2015-ci ilədək Gürcüstanın Baş naziri olub. O, 2019-cu ilin sentyabrından Gürcüstanın müdafiə naziridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR