Gürcüstanda "Pfizer" vaksini ilə peyvəndlənməyə martın 30-da başlanacaq

Gürcüstanda "Pfizer" vaksini ilə peyvəndlənməyə martın 30-da başlanacaq
# 25 mart 2021 12:21 (UTC +04:00)

Gürcüstanda "Pfizer" vaksini ilə peyvəndləməyə martın 30-da başlanılacaq.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabunia məlumat verib. Bildirib ki, vətəndaşlar müvafiq randevu saytında ölkədə tətbiq edilən "AstraZeneca" və "Pfizer" vaksinləri arasında seçim etmək hüququna malik olacaqlar.

Saxlama şəraitinin çətinliyi ilə əlaqədar Pfizer vaksini ilə peyvəndləmə yalnız 3 şəhərdə - Tbilisi, Batumi və Kutaisidə mümkün olacaq.

Qeyd edək ki, Gürcüstana "Pfizer" vaksininin təxminən 30 min dozadan ibarət ilk partiyası bu gün gecə saatlarında çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR