Gürcüstanda “Vahid Milli Hərəkat”ın sədrinin həbsi təxirə salınıb

Gürcüstanda “Vahid Milli Hərəkat”ın sədrinin həbsi təxirə salınıb
# 18 fevral 2021 11:12 (UTC +04:00)

Gürcüstanda müxalif “Vahid Milli Hərəkat” Partiyasının sədri Nika Melianın həbsi təxirə salınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, Baş nazir Giorgi Qaxarianın istefasında sonra müxalif liderin həbsi ilə bağlı görüləcək tədbirlər müvəqqəti təxirə salınıb.

Xatırladaq ki, Tbilisi Şəhər Məhkəməsi ötən gün dövlət ittihamçısının N. Melianın ödənilməmiş 70 min lari girova və elektron qolbağı çıxarmasına görə həbs edilməsi ilə bağlı iddiasını təmin edib. N. Melia 2019-cu ilin 19-20 iyun tarixlərində Tbilisidə “Qavrilov gecəsi” kimi bilinən polis-vətəndaş qarşıdurmasını təhrik etməkdə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR