Gürcüstanda açıq havada tibbi maska taxmaq məcburi edilib

Gürcüstanda açıq havada tibbi maska taxmaq məcburi edilib
# 03 noyabr 2020 13:33 (UTC +04:00)

Sabahdan Gürcüstanda açıq havada tibbi maskadan istifadə etməyənlər cərimələnəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili bildirib.

Onun sözlərinə görə, noyabrın 4-dən etibarən qapalı məkanlarda olduğu kimi, açıq havada da tibbi maska taxmaq məcburi olacaq.

Qaydanı pozan vətəndaşlar 20 lari (11 manat) cərimə ediləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR