Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə 75 nəfər koronavirusa yoluxub

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə 75 nəfər koronavirusa yoluxub
# 01 iyun 2020 13:15 (UTC +04:00)

Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı Muşevani (Dəllər) kəndində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 75 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib.

O bildirib ki, 750 nəfərin yaşadığı kəndin bütün sakinlərindən nümunələr götürülüb və onlardan 75-nin cavabı müsbət olub.

A. Qamkrelidze qeyd edib ki, virusla əlaqədar kənd sakinlərindən 60 nəfər isə karantində saxlanılır.

Qeyd edək ki, son məlumata əsasən, Bolnisi rayonunda yeni növ koronavirusa yoluxma 183 nəfərdə təsdiqlənib. Virusa yoluxanlardan 3 nəfər vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR