Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə etiraz aksiyası keçirilir - FOTO

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə etiraz aksiyası keçirilir - FOTO
# 22 mart 2021 12:58 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Kəpənəkçi kəndində sakinlər etiraz aksiyası keçirirlər.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, kənd sakinləri 9 ay öncə həbs edilən həmkəndliləri, 29 yaşlı Niyaməddin Mehdiyevin səhhətində olan problemlə əlaqədar müalicə ala bilməməsinə etiraz edirlər.

Yaxınlarının sözlərinə görə, ürəyindən əməliyyat olunan N. Mehdiyevin səhhəti ilə maraqlanan yoxdur. Kənd sakinləri tələbləri qəbul edilmədiyi təqdirdə mərkəzi yolu bağlayacaqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR