Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə sərt karantin rejimi ləğv edilib

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə sərt karantin rejimi ləğv edilib
# 01 iyul 2020 11:08 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun Muşevani (Dəllər) kəndində sərt karantin rejimini ləğv edilib.

APA-nın yerli bürosu xəbər verir ki, kənd Gürcüstanda sərt karantin rejiminin tətbiq edildiyi sonuncu bölgə idi.

Bildirək ki, 750 nəfər əhalisi olan Muşevanidə 80-dən çox yoluxma qeydə alınıb.

Qeyd edək ki, Muşevanidə sərt karantin rejiminin iyulun 6-da ləğv ediləcəyi deyilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR