Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə sərt karantin rejimi tətbiq edilib

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə sərt karantin rejimi tətbiq edilib
# 24 iyul 2020 10:45 (UTC +04:00)

Gürcüstanın Qardabani rayonunda azərbaycanlıların yaşadığı Qaracalar kəndində sərt karantin rejiminin tətbiqinə başlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, kənddə koronavirus epidemiyasının geniş yayılması ilə əlaqədar olaraq gecə saatlarından etibarən kəndə giriş-çıxış məhdudlaşdırılıb.

Bundan başqa, ərazidə polis postları quraşdırılıb.

Qardabani rayonunun meri Ramaz Budaqaşvilinin sözlərinə görə, son 24 saat ərzində Qaracalar və Birlik kəndlərində koronavirusa 2 yoluxma halı qeydə alınıb.

Əhalinin kütləvi termoskrininq və PSR testindən keçirilməsi prosesi davam edir.

Qeyd edək ki, Qardabanidə indiyədək koronavirusa 41 yoluxma qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR