Gürcüstanda banka basqın olub, girov götürülənlər var

Gürcüstanda banka basqın olub, girov götürülənlər var
  • Clock-gray 17:40
  • calendar-gray 21 Oktyabr 2020

Gürcüstanın Zuqdidi şəhərində silahlı şəxs bank işçilərini və müştəriləri girov götürüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ərazi mühasirəyə alınıb və xüsusi təyinatlılar insident yerinə cəlb edilib. 19 nəfəri girov götürdüyü bildirilən şəxsin yarım milyon dollar və helikopter tələb etdiyi bildirilir.

Qarətçi tələblərini girov götürülən şəxslərdən birinin mobil telefonu ilə əlaqə saxlayaraq “Mtavari Arxi” telekanalının efirində səsləndirib.

Silahlı şəxsin üzərində avtomat, tapança və qumbara olduğu bildirilir.

Səid Babazadə

Digər xəbərlər