Gürcüstanda banka silahlı basqın edən şəxsin axtarışları davam etdirilir

Gürcüstanda banka silahlı basqın edən şəxsin axtarışları davam etdirilir
  • Clock-gray 11:03
  • calendar-gray 22 Oktyabr 2020

Gürcüstanın Zuqdidi şəhərində “Gürcüstan bankı”nın filialına silahlı basqın edən şəxsin axtarışları davam etdirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. 

Bildirilib ki, cinayətkar ötən gecə danışıqları aparan Gürcüstanın Sameqrelo-Zemo Svaneti regionunun polis bölməsinin rəisi Avtandil Qaldava və digər üç girovla birlikdə avtomobildə bank binasını tərk edib. Gecə saatlarında sonuncu girovlar Çxortsku rayonu ərazisində sərbəst buraxılıb. Soyğunçunun yerinin məlum olmadığı, axtarışların davam etdiyi bildirilir. Onun işğal altındakı ərazilərə keçməsinin mümkünlüyü də qeyd olunur.

DİN-in açıqlamasında insident zamanı ümumilikdə 43 nəfərin girov götürüldüyü bildirilir. Onlardan heç biri xəsarət almayıb.

Qeyd edək ki, soyğunçu girovların sərbəst buraxılması müqabilində 500 min dollar tələb edib.

Səid Babazadə

Digər xəbərlər