Gürcüstanda bir gündə 1 824 nəfər koronavirusa yoluxub, 23 nəfər ölüb

Gürcüstanda bir gündə 1 824 nəfər koronavirusa yoluxub, 23 nəfər ölüb
# 27 oktyabr 2020 11:13 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 824 yoluxma halı qeydə alınıb, 23 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 32 127 nəfərə, ölənlərin sayı 238 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 3 757 nəfər karantində saxlanılır. Virusa yoluxanlardan 12 632 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR