Gürcüstanda bir saat ara ilə iki zəlzələ olub

Gürcüstanda bir saat ara ilə iki zəlzələ olub
  • Clock-gray 19:32
  • calendar-gray 13 Mart 2021

Gürcüstanın qərbində, Oni şəhərinin cənub-şərqində bir saat fərqilə iki zəlzələ qeydə alınıb.

APA-nın sputnik-georgia.ru-ya istinadən verdiyi xəbərə görə, hər iki zəlzələnin episentri Tbilisinin 147 kilometrliyində, 12 kilometr dərinlikdə olub. 

Yeraltı təkanın ilki  yerli vaxtla 14:55-də qeydə alınıb., digəri bir saat sonra baş verib. Təkanların birinin maqnitudası 3.7, digərinin maqnitudası isə 4.3 olub. 

Tələfat və dağıntı barədə məlumat yoxdur.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər